Norveç kralı Harald V 89 yaşında vəfat edib. Norveç Kral Sarayının məlumatına görə, monarx avqustun 28-də, yerli vaxtla saat 06:35-də Oslo Universitet Xəstəxanasının Rikshospitalet klinikasında dünyasını dəyişib.
Kral avqustun 17-dən xəstəxanada müalicə alırdı. Son günlər onun vəziyyəti ağırlaşmışdı və avqustun 27-də saray Harald V-in səhhətinin “çox ciddi” olduğunu açıqlamışdı.
Kral Sarayının yaydığı açıqlamada bildirilib ki, “Əlahəzrət kral Haraldın vəfat etdiyini dərin kədərlə bildiririk”.

Harald V 1991-ci il yanvarın 17-dən Norveç taxtında idi və ölkəyə 35 ildən çox rəhbərlik edib.
Onun ölümündən sonra taxtın varisi 53 yaşlı vəliəhd şahzadə Haakondur. Norveç Konstitusiyasına görə, kral öz vəzifələrini yerinə yetirə bilmədikdə vəliəhd dövlət başçısının səlahiyyətlərini icra edir.

