Sentyabrın 5-i axşam saatlarında Günəşdə gücünə görə sondan əvvəlki M sinfinə aid partlayış qeydə alınıb. Bu barədə Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
Partlayış saat 17:18-də rentgen diapazonunda, 4520 (S12W68) Günəş ləkələri qrupunda baş verib. Hadisəyə M1.0 sinfi verilib və partlayış 30 dəqiqə davam edib.
Günəş partlayışları rentgen şüalanmasının gücünə görə A-dan X-ə qədər təsnif edilir. M sinfi gücünə görə sondan əvvəlki sinifdir və yalnız X sinfindən geri qalır.
Bu tip partlayışlar Günəş plazmasının kosmosa atılması ilə müşayiət oluna bilər. Plazma buludları Yerə çatdığı halda maqnit qasırğalarına səbəb ola bilər.
Denmedia.az

