Son 10 ilin ən böyük partlayışlarından biri Günəşdə baş verib.
Den.az xəbər verir ki, Yerin orbiti səviyyəsində ölçülən rentgen axınlarında kəskin artım qeydə alınır.
Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının saytında son 10 ildə ən böyük partlayışlardan birinin Günəşdə baş verdiyi bildirilib.
“Hazırda Günəşdə baş verən X4.5 səviyyəli məşəllə bağlı məlumatlar alırıq", - məlumatda deyilir.
Qeyd olunur ki, hazırda Yerin orbiti səviyyəsində ölçülən rentgen axınlarının kəskin artması qeydə alınır. Məşəl kosmik teleskoplar vasitəsilə də vizual olaraq aşkar edilib.
Günəş enerjisinin buraxıldığı bölgə ulduzun şimal yarımkürəsində yerləşir və Yerə aktiv şəkildə təsir edir.
"Hazırda planet kosmik plazma buludundadır - maqnit qasırğası baş verir. Günəş aktivliyində azalma əlamətləri yoxdur. Nəticələri hazırda proqnozlaşdırmaq mümkün deyil. Partlayış hələ də davam edir".
Günəş Fərəh,
Den.az
Son 10 ilin ən böyük partlayışı - Günəşdə nə baş verir?

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.