Azərbaycanda məktəblərdə “TikTok” sosial şəbəkəsinə və 200-dən çox zərərli məzmunlu görüntüyə giriş məhdudlaşdırılıb.
Denmedia.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri” mövzusunda keçirilən Ailə Forumunda bildirib.
Nazir müavininin sözlərinə görə, məhdudiyyət tətbiq edilən görüntülər cinayət, narkotik vasitələr, zorakılıq və digər zərərli məzmunlarla bağlı olub.
Firudin Qurbanov vurğulayıb ki, uşaqların bu cür məzmunlardan qorunması yalnız məktəblərlə məhdudlaşmamalıdır.
“Həmin görüntülər cinayət, narkotik, şiddət və sair məzmunlar daşıyırdı. Təbii ki, bu məhdudlaşma təkcə məktəblə bitməməlidir. Ailədə də uşaqların bu kimi məzmunlardan və platformalardan uzaq durmasına nəzarət edilməlidir”, – deyə nazir müavini bildirib.

