Əmin Əmrullayev bildirib ki, bu il Azərbaycanın müxtəlif bölgələrində 100-dən çox modul tipli məktəbin tikintisi planlaşdırılır.
Elm və təhsil naziri bunu jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, təhsil müəssisələrinin təmiri və yenidən qurulması müəyyən ardıcıllıq və xüsusi alqoritm əsasında həyata keçirilir.
İlk növbədə böyük məktəblər təmir olunur. Çünki həmin məktəblərdə daha çox şagird təhsil alır və onların təhsil prosesində rolu daha böyükdür, — deyə Əmin Əmrullayev bildirib.
Nazir qeyd edib ki, kiçik məktəblərlə bağlı əsas üstünlük modul tipli təhsil müəssisələrinin tikintisinə verilir.

