ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının 4–6 həftə davam edəcəyi gözlənilir.
Bu barədə jurnalistlərə Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumat verib.
Onun sözlərinə görə, əməliyyatın dəqiq müddəti hələ açıqlanmayıb, lakin “Epik qəzəb” əməliyyatının məqsədlərinə təxminən 4–6 həftə ərzində nail olunacağı gözlənilir.
“Prezidentdən əvvəl hər hansı dəqiq tarix demək istəmirəm. Lakin prezident Trampın daha əvvəl bildirdiyi kimi, əməliyyatın məqsədlərinə təxminən dörd–altı həftə ərzində çatılacağı gözlənilir”, — deyə Kerolayn Livitt bildirib.

