ABŞ Prezidenti Donald Tramp bildirib ki, qarşıdan gələn aralıq seçkilər Vaşinqtonun İranla bağlı danışıqlardakı mövqeyinə təsir etmir.
O, çərşənbə günü Vaşinqtonda administrasiya üzvləri ilə keçirilən müşavirədə bu barədə danışıb.
“Bu halda aralıq amillər mənim üçün faktor deyil”, — deyə Tramp bildirib.
İranla bağlı addımlarından danışan ABŞ lideri əlavə edib:
“Mən bunu bütün dünya üçün edirəm”.
Tramp bir daha vurğulayıb ki, İranın nüvə silahına sahib olmasına imkan verməyəcək.
ABŞ prezidentinin fikrincə, razılaşmanın tez əldə olunmasında daha çox İran maraqlıdır, nəinki ABŞ. O bunu iranlıların üzləşdiyi iqtisadi çətinliklərlə əlaqələndirib.
Qeyd edək ki, ABŞ Konqresinə aralıq seçkilər noyabr ayında keçiriləcək. Amerika mediası yazır ki, İran böhranı səsvermənin nəticələrinə təsir göstərə bilər. Çünki İrana qarşı hərbi əməliyyat amerikalılar arasında populyar deyil. Bundan başqa, İranla bağlı böhran yanacaq qiymətlərinin artmasına səbəb olur ki, bu da seçicilərin narazılığına yol açır.

