İran ABŞ, İsrail və onların müttəfiqləri tərəfindən mümkün yeni hücumlar olacağı təqdirdə yeni hərbi əməliyyatlara hazır olduğunu bəyan edib.
Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu bəyanat yayıb.
Bəyanatda bildirilib ki, rəqiblər tərəfindən hücumların təkrarlanacağı halda İran qüvvələri əvvəlkindən daha böyük güclə hərəkət etməyə hazırdır. Korpus quru, dəniz, hava və hibrid müharibə sahələrində toplanmış təcrübə və imkanlardan istifadə ediləcəyini vurğulayıb.
İran tərəfi həmçinin ali komandanlığın əmri ilə düşmənə “sarsıdıcı tarixi məğlubiyyət” yaşatmağa hazır olduğunu bəyan edib.

