İran Hörmüz boğazında təhlükəsiz gəmiçiliyə zəmanət verir, lakin bu, yalnız Tehrana qarşı təhdidlərin aradan qalxacağı halda mümkün olacaq.
Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri sosial şəbəkə hesabında bildirib.
Qurum həmçinin Fars və Oman körfəzlərində İranın müəyyən etdiyi qaydalara əməl etdiklərinə görə gəmi sahiblərinə və kapitanlara təşəkkür edib.
Təhdidlərin sona çatması və yeni prosedurların qüvvədə olması ilə boğazda təhlükəsiz və sabit hərəkət üçün imkan yaranacaq, — bəyanatda deyilir.

