Tehran Hörmüz boğazının İranın milli təhlükəsizliyini təhdid edən bölgəyə çevrilməsinə imkan verməyəcək.
Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi brifinqdə bildirib. Məlumatı TASS yayıb.
Diplomatın sözlərinə görə, ABŞ-nin gəmiləri hərbi müşayiətlə təmin etmək barədə açıqlamaları Vaşinqtonun regionda qeyri-sabitliyi qorumaq niyyətindən xəbər verir.
“Hörmüz boğazının İranın milli təhlükəsizliyini təhdid edən məkana çevrilməsinə imkan verməyəcəyik”, — deyə Bəqayi vurğulayıb.

