Tehran zənginləşdirilmiş uranla bağlı mövqeyini təsdiqləyib və bu materialları ölkədən çıxarmaq niyyətində olmadığını bildirib.
Bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi açıqlayıb.
Onun sözlərinə görə, zənginləşdirilmiş uranla bağlı mümkün variantlardan biri həmin materialların İran ərazisində aşağı zənginləşdirmə səviyyəsinə salınması ola bilər.
Bəqayi vurğulayıb ki, Tehran bu məsələdə əvvəlki mövqeyindən geri çəkilmir və uranın ölkədən çıxarılması planlaşdırılmır.
Açıqlama ABŞ və İran arasında münaqişənin dayandırılmasına dair memorandumun imzalanması barədə xəbərlər fonunda verilib.
Məlumata görə, memorandumdan sonra İranın nüvə proqramı və sanksiyalarla bağlı növbəti danışıqların aparılması nəzərdə tutulur.

