İran Xark adasının müdafiəsini gücləndirir. Bu barədə CNN məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Tehran adaya əlavə hərbi qüvvələr və hava hücumundan müdafiə sistemləri yerləşdirib, eyni zamanda ərazi minalanır.
Məqsəd mümkün hərbi müdaxiləyə qarşı əvvəlcədən hazırlıqdır
Məlumata görə, ABŞ prezidenti Donald Tramp administrasiyası adanı ələ keçirmə variantını nəzərdən keçirir. Bu addımın məqsədi İrana təzyiq göstərmək və Hörmüz boğazının açılmasına nail olmaqdır.
Bundan əvvəl İranın xarici işlər naziri Abbas Araqçi bildirmişdi ki:
Hörmüz boğazı dost ölkələr üçün açıqdır — Rusiya, Hindistan, Çin, İraq və Pakistan
Onun sözlərinə görə, keçid yalnız “düşmən ölkələrin gəmiləri” üçün məhdudlaşdırılıb.

