Polşanın Sventoxlovitse şəhərində polis 42 yaşlı Mirella adlı qadını ailəsinin əsarətindən xilas edib.
DenMedia.az xəbər verir ki, fakt qəzetinin yazdığına görə, qadın 27 il ərzində otaqda bağlı vəziyyətdə saxlanılıb.
Polis 29 iyulda qonşuların qışqırıq səsləri ilə bağlı şikayətindən sonra mənzilə daxil olub. İçəridə tapılan qadının ayaqlarında dərin yaralar var idi — elə dərin ki, bəzi yerlərdə sümüklər görünürdü. Mirella dərhal xəstəxanaya aparılıb.
Qadın həkimlərə bildirib ki, onu valideynləri 15 yaşından otaqda saxlayıb, xarici dünya ilə əlaqə saxlamağı qadağan ediblər. 27 il ərzində nə həkimə gedib, nə sənədləri olub, nə də saçını kəsdirib.
Qonşular deyirlər ki, Mirellanı sonuncu dəfə 1997-ci ildə görüblər:
“O, normal və sağlam uşaq idi. Biz birlikdə həyətə çıxır, ağaclara dırmaşırdıq,” — deyə qonşusu Luiza bildirib.
Qadının valideynləri isə o vaxt “Mirella bizim doğma qızımız deyil, bioloji valideynlərinə qayıdıb” deyə izah vermişdilər.
Mirella hazırda iki ay xəstəxanada müalicə alıb. Polis hələ rəsmi istintaqa başlamayıb — hadisə Sosial Müdafiə Mərkəzinin qərarını gözləyir.