ABŞ-da Brendon İzabel adlı şəxs öz yenidoğulmuş qızını və onun anasını qətlə yetirməkdə ittiham olunur. Məhkəmə prosesi artıq başlayıb.
DenMedia.az xəbər verir ki, hadisə 2022-ci ilin fevralında baş verib. Brendonun keçmiş münasibətindən olan Daniyel Hoyl adlı qadın 31 yanvar tarixində qız uşağı dünyaya gətirib. Onların münasibəti ciddi olmayıb. Körpə doğulandan qısa müddət sonra İzabel başqa bir qadınla tanış olub və həmin qadın ondan uşaqlı kişi ilə əlaqə saxlamayacağını bildirib.
1 fevralda Brendon Daniyellə əlaqə saxlayaraq ona uşaq əşyaları verəcəyini deyib və görüş təyin edib. Qadın körpə ilə birlikdə görüş yerinə gəlib və Brendonun göstərişi ilə avtomobilini sakit bir əraziyə park edib. İzabel qadının maşınının qapısını açaraq ona beş dəfə atəş açıb. Cəsədini yaxınlıqdakı kanala atıb. Daha sonra körpə qızını timsahlarla dolu olan çaya ataraq ondan da qurtulub.
Hadisə Daniyel Hoylın cəsədinin təsadüfən aşkar olunmasından sonra araşdırılıb. Brendon İzabel qısa müddət ərzində polis tərəfindən saxlanılıb. O, qətldən sonra sevgilisinə hədiyyə almaq üçün alış-veriş edib və qadının evinə gedib. Körpənin cəsədi bu günə qədər tapılmayıb. Təqsir sübuta yetirilərsə, İzabel ömürlük həbs və ya ölüm cəzası ala bilər.