Kürdəmirdə magistral su boru xətti partlayıb.
Denmedia.az-ın yerli bürosu xəbər verir ki, hadisə Külüllü-Kürdımir magistral su xəttinin 32-ci km-də rayonun Qaraqocalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki,qəza diametri 500 milli metr olan borunun partlaması nəticəsində qeydə alınıb.Dərhal qəza yerinə aidiyyatı qurumun canlı qüvvəsi və texnikası cəlb olunub.Qəzanın aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir.Bundan başqa su xəttinin partlaması nəticəsində ətrafdakı həyətlər və həyətyani sahələrdə də subasmalar baş verib və sakinlərə ziyan dəyib.
Qeyd edək ki,Külüllü -Kürdəmir magistral su xətti 2013-cü ildə dövlət vəsaiti hesabına inşa olunub və rayon mərkəzi daxil olmaqla 6 kəndin ümumilikdə 21000 sakinini içməli su ilə təmin edir.
AQİL ƏSƏDOV
Denmedia.az

