Hacıqabul rayonunda quzuları daşıyan yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az xəbər verir ki, hadisə Bakı–Qazax magistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində, Navahı postu yaxınlığında qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan yük maşını naməlum səbəbdən idarəetmədən çıxaraq yol kənarındakı dəmir məhəccərə çırpılıb və aşıb.
Qəza nəticəsində avtomobilin yük hissəsində daşınan quzuların bir qisminin tələf olduğu bildirilir. Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, ərazidə təhlükəsizlik tədbirləri görülüb və nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb.
Hazırda qəza zamanı xəsarət alanların olub-olmaması ilə bağlı rəsmi məlumat verilməyib. Hadisənin dəqiq səbəbləri araşdırılır.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Ellada Rəsul
Denmedia.az

