Taylandın bir ofisində tualetdə yeni doğulmuş körpə qız tapılıb. Daily Mail-in məlumatına görə, körpəni tualetin su çənində təmizlikçi qadın aşkarlayıb — o, içəridən gələn ağlama səsini eşidib. Polis hazırda ananın şəxsiyyətini müəyyənləşdirmək üzərində işləyir.
Hadisə yerində çalışan polis kapitanı Kritsada Saykhong bildirib:
“Körpənin yaşı bir sutkadan az idi. O, tamamilə yenidoğulmuş idi, lakin anaya dair heç bir iz tapılmadı.”
Hadisədən dərhal sonra körpə təcili olaraq xəstəxanaya çatdırılıb. Jurnalistlərin məlumatına görə, qeyri-adi şəraitə baxmayaraq, uşaq zərər görməyib. Nəticələrə əsasən, körpənin çəkisi 2,7 kiloqram olub. Hüquq-mühafizə orqanları müşahidə kameralarının görüntülərini araşdırır və bütün detalları müəyyənləşdirir.

