Cənubi Amerikada, Qayana sahillərində göyərtəsində 116 sərnişinin olduğu bərə qəzaya uğrayıb. Bu barədə Demerara Waves məlumat yayıb.
Şimal-Qərb dairəsinə doğru hərəkət edən gəmi ölkə sahillərinin yaxınlığında çevrilib.
Bərə ekipajın siqnal raketləri vasitəsilə fəlakət siqnalı göndərməsindən sonra aşkarlanıb.
İlkin məlumata görə, səkkiz nəfər xilas edilib. Digər sərnişinlərin axtarışı üçün hadisə yerinə əlavə gəmi göndərilib.
Axtarış-xilasetmə əməliyyatı davam edir.

