Tümendən Bakıya uçan sərnişin təyyarəsi kabində tüstülənmə sensorunun işə düşməsi səbəbindən məcburi eniş edib. Bu barədə Life SHOT-a istinadən məlumat yayıb.
Məlumata görə, Boeing 737-500 tipli təyyarə Tümendən Bakıya uçarkən Roşino hava limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra Pan-Pan təcili siqnalı verib.
Məlumata görə, həmin vaxt təyyarənin arxa hissəsindəki mətbəxdə stüardessalar kofe hazırlamağa başlayıblar. İlkin ehtimala əsasən, kofe aparatının qoruyucusundan yaranan qoxu tüstülənmə sensorunun işə düşməsinə səbəb olub.
Təyyarənin ilkin olaraq Çelyabinskdə təcili eniş etməsi planlaşdırılıb. Lakin pilotlar orada eniş edə bilməyiblər.
Nəticədə “Boeing” Ufa hava limanına eniş edib.
Bir müddət sonra təyyarə texniki yoxlamadan keçərək uçuşunu davam etdirib.

