Avstraliyada Batik Air aviaşirkətinə məxsus Boeing 737 MAX mühərrik nasazlığı səbəbindən havaya qalxdıqdan dərhal sonra məcburi eniş edib, xəbər verir News.com.au. Təyyarədə məktəb məzunları da daxil olmaqla çox sayda sərnişin olub.
Məlumata görə, Melbourne–Bali reysi zamanı mühərrikdə nasazlıq qeydə alınıb. Ekipaj yanacağı havada yandırdıqdan sonra təyyarəni yenidən Melburn hava limanına qaytarıb. Yerə eniş vaxtı aerodromda tammiqyaslı xilasetmə briqadaları dayanmışdı.

