FlyDubai aviaşirkətinin Dubay — Kazan marşrutu üzrə uçuş həyata keçirən hava gəmisinin kapitanı texniki səbəblərə görə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib. Bu barədə AZAL-ın mətbuat xidməti məlumat yayıb.
Boeing 737 tipli hava gəmisi Bakı hava limanına yerli vaxtla 00:04-də uğurla eniş edib.
Bildirilib ki, hava limanı tərəfindən bütün zəruri xidmətlər operativ şəkildə cəlb olunub və görülən tədbirlər beynəlxalq aviasiya təhlükəsizliyi protokollarına tam uyğun icra edilib. Bu da təyyarənin təhlükəsiz enişini təmin edib.

