İsraildə 5 və 6 yaşlı iki uşaq tərkibində halüsinogen göbələklər olan şokoladdan zəhərlənərək xəstəxanaya yerləşdirilib. Bu barədə Ynet məlumat yayıb.
Hadisə ailəvi istirahət zamanı baş verib. Şokoladı yedikdən sonra uşaqlarda göz bəbəklərinin kəskin genişlənməsi və halüsinasiyalar müşahidə olunub.
Onlar Qaliley Uşaq Tibb Mərkəzinin təcili yardım şöbəsinə çatdırılıblar. İlkin müayinə zamanı uşaqların nəfəs alması və ürək fəaliyyəti normal olub, lakin nevroloji əlamətlər müəyyən edilib.
Həkimlər uşaqları xəstəxanada saxlayaraq müşahidə altında tutublar.

