Paytaxtın Xətai rayonunda hündürmərtəbəli yaşayış binasında yanğın baş verib.
Denmedia.az APA-ya istinadən xəbər verir ki, hadisə Məhəmməd Hadi küçəsi 72 ünvanında yerləşən binanın üçüncü mərtəbəsində qeydə alınıb.
İlkin məlumata görə, yanğını şəxsi münaqişə zəminində həmin ünvanda yaşayan şəxs törədib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs yüngül xəsarət alıb. Ona təcili tibbi yardım göstərildikdən sonra ərazidən uzaqlaşdırılıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, polis və təcili tibbi yardım briqadaları cəlb olunub.
Yanğın söndürülüb, alovun qonşu mənzillərə keçməsinin qarşısı alınıb.

