Bakının Binəqədi rayonunda, Dərnəgül ərazisində yerləşən yaşayış binasında güclü yanğın baş verib. İlkin məlumata görə, yanğın yataqxana tipli binada qeydə alınıb.
Denmedia.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata əsasən, yanğın qısa müddətdə genişlənərək binanın bir neçə hissəsini əhatə edib.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları, polis əməkdaşları və təcili tibbi yardım maşınları cəlb olunub.
Məlumata görə, yanğın zamanı binanın içərisində insanların olduğu bildirilir. Xilasedicilər tərəfindən sakinlərin təxliyəsi istiqamətində operativ tədbirlər görülür. Ərazi polis əməkdaşları tərəfindən mühasirəyə alınıb, təhlükəsizlik tədbirləri gücləndirilib.
Yanğının başvermə səbəbi, həmçinin xəsarət alanların olub-olmaması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Əlavə məlumatlar daxil olduqca Denmedia.az oxuculara operativ şəkildə təqdim edəcək.


Ellada Rəsul
Denmedia.az

