Tərtər rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Denmedia.az report-a istinadla xəbər verir ki, hadisə rayonun Cəmilli kəndində qeydə alınıb.
İlkin məlumata əsasən, kənd sakini A.Məmmədov Suqovuşandan suyun daxil olduğu kanaldan su götürmək istəyərkən ehtiyatsızlıqdan suya düşüb.
Kişi kanalda boğularaq həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.

