Şəmkirdə qətl hadisəsi baş verib.
DenMedia.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.
Belə ki, Kür qəsəbə sakini 1978-ci il təvəllüdlü Ə. Məmmədov aralarında yaranmış mübahisə zamanı həmyerlisi 1971-ci il təvəllüdlü Q. Məmmədov tərəfindən bıçaqlanıb və o, aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

