Xırdalanda Heydər Əliyev adına şəhər parkının yaxınlığında bu səhər yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanğın artıq söndürülüb.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bununla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə söndürülüb.
Denmedia.az

