Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə barədə “112” qaynar xəttinə məlumat daxil olub və əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin, eləcə də Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb edilib.
Yanğın binanın elektrik şaxtasında və sayğacların yerləşdiyi hissədə başlayıb. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə söndürülüb və yayılmasının qarşısı alınıb.
Təhlükəsizlik məqsədilə binanın bütün sakinləri təxliyə edilib.

