"Real Madrid"in məşqi zamanı məşqçi Xabi Alonso ilə futbolçu Arda Güler arasındakı dialoq müzakirə edilib.
Den.az xəbər verir ki, Alonso məşqi saxlayaraq, Ardanı yanına çağırıb. Məşqçi Arda Gülerə bütün komandanın eşidə biləcəyi tonda, “Arda, sən çox yavaş dönürsən, daha intensiv olmalısan, topu daha tez ötürməlisən” - deyə bildirib. Alonsonun təlimatlarını diqqətlə dinləyən Arda Güler daha sonra məşqə davam edib. İspaniya mediasının məlumatına görə, Xabi Ardanın futbol oynama tərzini çox bəyənir və onun komandaya çox şey qata biləcəyini hesab edir.
Qeyd edək ki, Xabi Alonsonun rəhbərliyindən sonra Arda Güler “Real”ın əsas heyətində çıxış edir.