“Real Madrid”in taktiki planlarında Arda Güler Rodriqonu geridə qoyub.
Den.az xəbər verir ki, məşqçilər heyəti Ardaya daha çox etimad edir. “Diario AS”da dərc edilən xəbərə görə, Arda uğurlu oyunu ilə Rodriqonu üstələyib. Məlumata görə, Karlo Ançelotti Rodriqonun əvəzinə Ardanı əsas heyət oyunçusu hesab edir. Bildirilir ki, bu Ardanın “Real”dakı futbol karyerası üçün də dönüş nöqtəsidir.
Qeyd edək ki, bundan əvvəl “Real”ın Rodriqonu klubdan göndərməyə razılıq verdiyi barədə xəbərlər dərc edilmişdi. İddialara görə, “Real” Rodriqo üçün 100 milyon avro tələb edir. “Arsenal” və “Mançester Siti”nin futbolçunun xidmətində maraqlı olduğu irəli sürülür.