Bu mövsüm “Real Madrid”də istədiyi qədər forma şansı ala bilməyən Arda Güler haqqında yeni iddia ortaya atılıb.
Den.az xəbər verir ki, Arda Güler baş məşqçi Karlo Ançelottinin ona az fürsət verməsindən məyus olub. “Sport 45”in xəbərinə görə, Arda 5 illik müqaviləsinə baxmayaraq, klubdan icarə əsasında və ya daimi olaraq ayrılmağı tələb edə bilər. Məlumata görə, italyan məşqçi bütün oyunçularından müdafiəyə töhfə verməyi gözləyir və Ardanın bu baxımdan bacarığının az olduğunu hesab edir. Arda matçlarda oynamadığı üçün buna davranışları ilə etiraz etmişdi.
Qeyd edək ki, bu mövsüm komandası ilə 10 matça çıxan Arda Güler, 291 dəqiqə meydanda qalıb, qol və məhsuldar ötürmə ilə yadda qalmayıb.
Arda "Real"dan gedə bilər - Ançelotti ilə gərginlik yaşayır

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.