İtaliya nəhəngi "Real Madrid"in futbolçusu Arda Güleri transfer etmək üçün hərəkətə keçib.
Den.az xəbər verir ki, “Milan” Ardanı heyətə cəlb etmək istəyir. “Fichajes”də dərc edilən xəbərə görə, “Real” Ardanı buraxmaq istəməsə də, “Milan” səylərini davam etdirir. Məlumata görə, "Milan", Serxio Konseysaonun baş məşqçi postuna keçməsindən sonra Ardanı yaxından izləyir. İtaliya nəhənginin Arda Güleri icarə əsasında heyətinə qatmaq istədiyi və gənc futbolçunun "Milan"ın heyətində önəmli yer tuta biləcəyi bildirilib. Xəbərdə iddia edilir ki, Ardanın “Milan”a keçidi “Real Madrid” üçün də sərfəli ola bilər. Futbolçunun “Milan” kimi yüksək səviyyəli komandada müntəzəm oyun vaxtı əldə etməklə özünü təkmilləşdirə biləcəyi və “Real Madrid”ə daha güclü qayıda biləcəyi bildirilib.
Qeyd edək ki, Arda Güler bu mövsüm “Real Madrid”də 21 matçda forma geyinib. Ümumilikdə 766 dəqiqə meydanda olan Arda Güler 3 qol vurub, 3 məhsuldar ötürmə edib.
Ardadan əl çəkmirlər - "Real" Avropa nəhənginə razılıq verə bilər

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.