"Fənərbaxça"ya dönəcəyi iddia edilən Arda Güler karyerası ilə bağlı qərar verib.
Den.az xəbər verir ki, Arda “Real Madrid”də qalmaq istəyir. Türkiyə mediasının məlumatına görə, Ardanın məqsədi yaxşı oyun nümayiş etdirərək, “Real”da əsas heyətə düşməkdir. Bildirilir ki, Arda bütün diqqətini məşqlərə yönəldib. Qeyd edək ki, Arda Gülerin “Real”da xoşbəxt olmadığı irəli sürülür. Baş məşqçi Karlo Ançelotti bu mövsüm Ardaya 291 dəqiqə şans verib.
İddialara görə, Ançelotti Ardanı oynatmadığını onun müdafiə tərəfinin zəif olması ilə əlaqələndirib. “Fənərbaxça”nın mövsümün fasiləsində Ardanı mövsümün sonuna qədər icarəyə götürümək istədiyi iddia edilir.
Arda karyerası ilə bağlı qərar verdi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.