"Real Madrid"in Superkubok finalında "Barselona"ya 2:5 hesabı ilə məğlubiyyətdən sonra Karlo Ançelottinin heyət seçimləri yenidən tənqid edilir.
Den.az xəbər verir ki, “Real”ın heyətinin yenidən qurulması üçün işlər həyata keçirilir. İddialara görə, yeni heyətdə Arda daha çox oyun şansı əldə edəcək. Kluba yaxın mənbələrin məlumatına görə, artıq Arda Güler əsas heyətdə daha çox yer alacaq. Ardaya yeni heyətdə fərqli tapşırıq veriləcəyi irəli sürülür. Futbolçunun komandanın daimi oyunçularından birinə çevrilməsi hədəflənib. Xəbərin təfərrüatlarında Ançelottinin Ardanı komandaya inteqrasiya etməyi planlaşdırdığı bildirilib. Onun komandadan ayrılmasına icazə verilməyəcək.
Qeyd edək ki, Arda Güler bu mövsüm “Real Madrid” forması ilə 21 matçda 3 qol və 3 məhsuldar ötürmə ilə töhfə verib.
Ançelotti yeni heyət qurur - Arda barədə qərarını verdi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.