İrlandiyalı döyüşçü, iki çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqor uzun fasilədən sonra oktagona qayıdacağını açıqlayıb. O, sonuncu dəfə 2021-ci ilin iyulunda döyüşmüşdü.
“Şayiələr doğrudur. Mən qayıdıram və döyüş biznesini yenidən xilas edəcəyəm!”
Makqreqorun 18 aylıq diskvalifikasiya müddəti 20 martda başa çatıb. O, 2024-cü ildə üç dəfə dopinq testlərini buraxdığı üçün cəzalandırılmışdı.
Bu pozuntular “yer məlumatlarının təqdim edilməməsi” kimi qeydə alınıb.
Diskvalifikasiya dövründə Makqreqor şəxsi həyatında da mühüm addım atıb — uzun illər birlikdə olduğu Di Devlin ilə rəsmi nikaha daxil olub. Cütlük artıq 17 ildir münasibətdədir və onların dörd övladı var.

