Keçmiş dünya çempionu, amerikalı boksçu Floyd Meyvezer Jr. 2026-cı ildə yenidən peşəkar idmana qayıdacağını açıqlayıb. Bu barədə CSI Sports/Fight Sports promouter şirkətinin mətbuat xidməti məlumat yayıb.
Meyvezerin rinqə qayıdışdan sonrakı ilk peşəkar döyüşü yayda keçiriləcək. Bundan əvvəl isə o, həmyerlisi Mayk Taysonla nümayiş xarakterli qarşılaşmaya çıxacaq. Həmin döyüşün 2026-cı ilin aprel ayının sonunda Konqo Demokratik Respublikasında baş tutması planlaşdırılır.
“Mənim hələ də boksda yeni rekordlar qırmaq üçün lazım olan hər şeyim var. Mayk Taysonla qarşıdakı döyüşdən tutmuş növbəti peşəkar görüşümə qədər — heç kim mənim tədbirlərim qədər tamaşaçı toplamayacaq, qlobal auditoriya cəlb etməyəcək və bu qədər gəlir əldə etməyəcək”, — deyə Meyvezer bildirib.
48 yaşlı Meyvezer beş çəki dərəcəsində sabiq dünya çempionudur. Onun aktivində 50 döyüşdə 50 qələbə var. Sonuncu dəfə 2024-cü ildə rinqə çıxıb və nümayiş döyüşündə Con Qotti III ilə qarşılaşıb, qalib elan olunmayıb. 2017-ci ildə isə irlandiyalı döyüşçü Konor Makqreqoru texniki nokautla məğlub edib.

