Azərbaycanlı ağırlıqqaldıran Fuad Həsənov Albaniyanın Dürres şəhərində keçirilən gənclər və 23 yaşadək idmançılar arasında Avropa birinciliyində iki gümüş və bir bürünc medal qazandı.
Bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyasından məlumat verilib.
70 kiloqramadək çəki dərəcəsində mübarizə aparan idmançı birdənqaldırma hərəkətində 134 kiloqramlıq nəticə göstərərək ikinci yeri tutdu.
Təkanla qaldırma hərəkətində isə 162 kiloqramlıq ştanqı başı üzərinə qaldıraraq üçüncü nəticəyə imza atdı.
İki hərəkətin cəmində 296 kiloqram nəticə göstərən Fuad Həsənov gümüş medala sahib oldu.

