Azərbaycan təmsilçisi Tatyana Smilovenko Macarıstanın Seqed şəhərində keçirilən 23 yaşadək idmançılar arasında kayak və kanoe üzrə Avropa çempionatında gümüş medal qazanıb.
Bu barədə Azərbaycan Su İdmanı Növləri Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Milli komandanın üzvü birnəfərlik kanoedə 500 metr məsafəyə yarışda ikinci yeri tutub.
Bu medal Tatyana Smilovenkonun Azərbaycan millisinin heyətində Avropa çempionatlarında qazandığı ikinci mükafatdır.
O, ötən il Rumıniyanın Piteşti şəhərində keçirilən 23 yaşadək idmançılar arasında Avropa çempionatında bürünc medal əldə etmişdi.

