Azərbaycan avarçəkənləri Ziya Məmmədzadə və Nurlan Paşayev İtaliyanın Vareze şəhərində keçirilən yüngül çəkili idmançılar arasında akademik avarçəkmə üzrə Avropa çempionatında gümüş medal qazanıblar.
Yüngül çəkili cütlüklərin final yürüşündə Azərbaycan ekipajı finiş xəttini ikinci keçərək qitə birinciliyinin gümüş mükafatına sahib olub.
Qeyd edək ki, Varezedə keçirilən Avropa çempionatında Azərbaycan Su İdmanı Növləri Federasiyasını iki idmançı təmsil edib.
Ziya Məmmədzadə və Nurlan Paşayev bundan əvvəl də uğurlu nəticə göstəriblər. Onlar 12–14 iyunda Bolqarıstanın Plovdiv şəhərində keçirilən akademik avarçəkmə üzrə Dünya Kubokunda bürünc medal qazanmışdılar.

