Fars körfəzi ölkələri ABŞ prezidenti Donald Trampı İranı “birdəfəlik neytrallaşdırmağa” çağırıb.
Bu barədə Reuters agentliyi məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Region ölkələrində geniş yayılmış fikir ondan ibarətdir ki, İran artıq bütün “qırmızı xətləri” keçib və bu, Fars körfəzi dövlətləri ilə münasibətlərə ciddi təsir göstərib.
Səudiyyə Ərəbistanında yerləşən Fars Körfəzi Araşdırmalar Mərkəzinin rəhbəri Abdulaziz Sager bildirib ki, münaqişənin əvvəlində əksər ölkələr diplomatik həllə çağırış edirdi. Lakin İranın çoxsaylı hücumlarından sonra region ölkələrində yeni narahatlıqlar yaranıb.
Onun sözlərinə görə, bölgədə qeyri-sabitlik yaranacağı təqdirdə İranın Hörmüz boğazını yenidən bloklaya biləcəyi ehtimalı ciddi şəkildə müzakirə olunur.

