Birləşmiş Ərəb Əmirlikləri İranla bütün ticarət, kommersiya və maliyyə əməliyyatlarını dayandırıb. Qərar Yaxın Şərqdə artan gərginlik fonunda qəbul edilib.
BƏƏ Xarici İşlər Nazirliyinin məlumatına görə, qərar müddətsiz qüvvədə olacaq. Nazirliyin Strateji Kommunikasiyalar Departamentinin direktoru Afra Əl-Hameli bildirib ki, ölkə buna baxmayaraq dialoq, əməkdaşlıq və regionda sülhün təşviqinə sadiq qalır.
“İranla bütün ticarət, kommersiya və maliyyə əməliyyatları dayandırılıb”, – deyə nazirliyin açıqlamasında bildirilib.
BƏƏ tərəfi qeyd edib ki, bu addım regionda sülh və təhlükəsizliyi təhdid edən gərginliyin artması ilə əlaqədardır. Abu-Dabi həmçinin beynəlxalq maliyyə sisteminin bütövlüyünün qorunmasına və beynəlxalq hüquqa riayət olunmasına sadiq olduğunu vurğulayıb.
Qeyd edək ki, qərar BƏƏ-nin İranla münasibətlərində əhəmiyyətli iqtisadi dönüş kimi qiymətləndirilir və regionda artan hərbi-siyasi gərginlik fonunda baş verib.

