İsrail təhlükəsizlik səbəblərini əsas gətirərək Əl-Əqsa məscidini bağlayıb.
Məlumata görə, minlərlə insan məscid kompleksinə daxil olmağa çalışır, ərazidə toqquşmalar baş verir.
Hadisə regionda davam edən hərbi gərginlik fonunda baş verib.
Baş verənlər beynəlxalq reaksiyaya səbəb olub.
Türkiyə, Misir, İordaniya, İndoneziya, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ İsraili dini azadlıqları məhdudlaşdırmaqda ittiham edib.
Bu ölkələr beynəlxalq ictimaiyyəti İsrailə təzyiq göstərməyə çağırıblar.

