Azərbaycan Dövlət Gömrük Komitəsinin əməkdaşları külli miqdarda narkotik qaçaqmalçılığının qarşısını alıb.
Qadağan olunmuş maddələr kələm yükünün içində gizlədilib.
Komitənin məlumatına görə, Astara Gömrük İdarəsinin əməkdaşları “Astara” gömrük postunda iri həcmdə narkotik aşkarlayıb.
Nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və xidməti it vasitəsilə yoxlanılıb.
Narkotik vasitələr kələm başlarının içində maskalanaraq gömrük nəzarətindən gizlədilib.
Yoxlama nəticəsində 43 kq 565 qram həşiş və 58 kq 955 qram həşiş qətranı aşkar edilərək götürülüb.

