Avstraliyada 17 yaşlı yeniyetmənin barda halı pisləşən bir qızı evinə apararaq daha sonra iki dostunu çağırdığı və qrup halında zorlamada iştirak etdiyi bildirilir.
NEWS.24-ün məlumatına görə, zərərçəkən bir neçə saat ərzində zorakılığa məruz qalıb. İddialara əsasən, o huşunu itirdiyi anlarda belə zorakılıq davam edib.
Şübhəlilərdən ikisinin özəl katolik məktəbinin şagirdləri olduğu qeyd olunur.
Nəşrin yazdığına görə, hadisədən sonra yeniyetmələr zərərçəkənin susması üçün ona pul təklif etməyə çalışıblar. Bildirilir ki, onlar törətdikləri əməldən çox, hadisənin sevgililəri və ətrafları tərəfindən öyrənilməsindən narahat olublar.
Avstraliya polisi hər üç şəxsi saxlayıb və onlara qarşı ittiham irəli sürülüb.
İki şübhəlinin təhsil aldığı özəl katolik məktəbi hadisə ilə bağlı təəssüfünü ifadə edib və zərərçəkənə dəstək verdiyini açıqlayıb.

