Türkiyənin Denizli şəhərində dəhşətli hadisə baş verib.
DHA-nın məlumatına görə, Azərbaycan əsilli 35 yaşlı Mətanət Altınpolat 8 yaşlı oğlu və bacısı Turna Kardaş ilə birlikdə park halında olan avtomobilə minərkən silahlı hücuma məruz qalıb. İddiaya əsasən, hücumu Mətanətin keçmiş sevgilisi olduğu bildirilən Sabit Ö. törədib.
Hadisə zamanı Mətanət Altınpolat ağır yaralanıb, bacısı Turna Kardaş isə qolundan xəsarət alıb. Yaralılar Pamukkale Universiteti Xəstəxanasına aparılıblar. Həkimlərin müdaxiləsinə baxmayaraq, Mətanət Altınpolat xəstəxanada vəfat edib. Turna Kardaşın müalicəsinin davam etdiyi bildirilir.
Hadisədən sonra ərazidən qaçan Sabit Ö. polis tərəfindən saxlanılıb. Hazırda onun polis bölməsindəki prosedurlarının davam etdiyi qeyd olunur.

