Balidə iki ukraynalı kriminal avtoritetin oğullarının oğurlanması ilə bağlı qalmaqallı hadisə araşdırılır. Bu barədə Kiyevdə nəşr olunan “Rakus” məlumat yayıb.
Nəşrin yazdığına görə, söhbət jurnalistlərin kriminal avtoritet kimi təqdim etdiyi Yermak Petrovski və İqor Komarovskinin övladlarından gedir. Naməlum şəxslər hər iki şəxsi qaçırıb və onlardan birinin azad olunması üçün 10 milyon dollar tələb ediblər.
Məlumata əsasən, oğurlananlardan biri – İqor Komarov – fiziki zorakılığa məruz qalıb və barmaqlarının bir hissəsi kəsilib. Onun azad olunması üçün böyük məbləğdə fidyə istənildiyi bildirilir.
Qeyd olunur ki, Petrovskinin oğlu qaçmağa nail olub. Hadisə ilə bağlı araşdırmalar davam edir.

