ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində baş verən silahlı insident nəticəsində azı iki nəfər həlak olub. Atəş açan şəxsin də öldüyü bildirilir.
Fox News-un məlumatına görə, hadisə Qrant-strit ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verib.
Polis hələlik silahlı şəxsin kimliyi və hadisənin motivləri barədə məlumat açıqlamayıb.
Hüquq-mühafizə orqanları hadisə yerində araşdırmaları davam etdirir. Yerli sakinlərdən isə həmin ərazidən uzaq durmaları xahiş olunur.

