Ağ Ev yaxınlığında atəş açan şəxsin adı məlum olub. Fox News-un məlumatına görə, həmin şəxs 21 yaşlı Nasir Best olub.
Telekanal qeyd edir ki, kişinin daha əvvəl psixi sağlamlıq problemləri olub.
“Atışmada şübhəli bilinən şəxsin psixi sağlamlıq problemləri ilə bağlı keçmişi olub”, — deyə materialda bildirilir.
Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları cavab atəşi ilə onu yaralayıblar. Kişi xəstəxanada ölüb.

