ABŞ-nin Tennessi ştatının Braunsvill şəhərində naməlum silahlı şəxs məktəblilərə atəş açıb.
Məlumata görə, yeniyetmələr buraxılış mərasimi öncəsi parkda şəkil çəkdirmək üçün toplaşıblar.
Hadisə nəticəsində bir məktəbli qız ölüb, bir neçə yeniyetmə isə yaralanıb.
Polis hadisə yerinə çatdıqda güllə yarası alan beş yeniyetmə aşkarlayıb.
Onlar xəstəxanaya çatdırılıblar, lakin yaralanan məktəbli qız sonradan həyatını itirib.
Yerli məktəb rəhbərliyi mayın 11-də dərslərin keçirilməyəcəyini açıqlayıb.
Hüquq-mühafizə orqanları atəşi açan şəxsin kimliyini və saxlanılması ilə bağlı detalları açıqlamayıb.

