ABŞ-nin Oreqon ştatında 16 yaşlı yeniyetmə ibtidai məktəbdə atəş açıb. Hadisə nəticəsində üç uşaq və bir müəllim həyatını itirib.
CNN xəbər verir ki, faciə Bend şəhərindəki “Silver Rail” ibtidai məktəbində baş verib.
Hücum zamanı 5, 8 və 11 yaşlı üç uşaq, eləcə də bir müəllim öldürülüb.
Hüquq-mühafizə orqanlarındakı mənbələrin məlumatına görə, 16 yaşlı hücumçu odlu silahdan istifadə edib.
İlkin məlumatlara əsasən, yeniyetmə hadisə şahidlərindən biri tərəfindən güllələnərək öldürülüb. Polis əməkdaşları hadisə yerinə çatdıqda hücumçu artıq ölmüş olub.
Hücumun motivi hələlik müəyyən edilməyib. Hüquq-mühafizə orqanları yeniyetmənin həmin məktəblə əlaqəsinin olub-olmadığını araşdırır.

